Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 21:42

Cənub bölgələrində güclü sel var (Video və fotolar)

Lənkəranda evləri su basıb
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00

Lənkəranda evləri su basıb

Azərbaycanın cənub bölgəsində - Lənkəranda, Masallıda və Astarada aramsız yağışlar nəticəsində bəzi kəndlərdə vəziyyət pisləşib.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, Lənkəranın Şağlaser, Şağlaküçə, Vilvan, Veravul və Kərgəlan kəndlərində bəzi evləri 35-40 sm su basıb.

Masallıda Mahmudavar, Molloba və Qızılavar kəndlərində də vəziyyət eynidir. Bu kəndlərdə də bəzi evləri su basıb.

Bundan başqa, Lerik-Lənkəran yolu təhlükəli vəziyyətə düşüb. Yolun 17-26-cı kilometrliyindətorpaq uçqunları olduğundan nəqliyyatın istifadəsinə fasilələrlə icazə verilir.

Astara şəhərinin özündə isə yağış nəticəsində bəzi yerlərdə gecədən elektrik enerjisi kəsilib.

SU STADİONA ÇATIB

Lənkərançayın daşması nəticəsində yaxınlıqdakı «Xəzər Lənkəran» Mərkəzi Stadionu su altında qalıb.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu report.az-a açıqlamasında faktiki mühasirədə qaldıqlarını bildirib: «Artıq suyun səviyyəsi 35 sm qalxıb. Sel stadionumuzun inzibati binası qarşısına çatıb və əsas meydançamıza doğru hərəkət edir».

Mətbuat katibinin dediyinə görə, qarşısıalınmaz vəziyyətə çatan sular stadionun inzibati binasının zirzəmisinə daxil olub. O, hazırda bütün qüvvələrini kluba məxsus sənədləri binadan çıxarmağa yönəltdiklərini bildirib.

AzadlıqRadiosunun Mobil Reportyor Rubrikasına internet istifadəçilərimizdən gələn fotolar:

Cənub rayonlarında güclü sel

Bu fotonu Şəhriyar Məmmədli adlı internet istifadəçimiz göndərib. Lənkəranda 5 saylı məktəbin yanında çəkdiyini yazır.
1/7 Bu fotonu Şəhriyar Məmmədli adlı internet istifadəçimiz göndərib. Lənkəranda 5 saylı məktəbin yanında çəkdiyini yazır.
Güclü yağışlar Azərbaycanın cənub rayonlarında güclü selə səbəb olub. AzadlıqRadiosunun Mobil reportyor rubrikasına Lənkəran və Massalıdan göndərilən fotoları təqdim edirik.
Bu fotonu Samir Çingizoğlu adlı internet istifadəçimiz Masallı rayonundan göndərdiyini yazır.
2/7 Bu fotonu Samir Çingizoğlu adlı internet istifadəçimiz Masallı rayonundan göndərdiyini yazır.
Güclü yağışlar Azərbaycanın cənub rayonlarında güclü selə səbəb olub. AzadlıqRadiosunun Mobil reportyor rubrikasına Lənkəran və Massalıdan göndərilən fotoları təqdim edirik.
Bu fotonu Bəyazid Axundov adlı internet istifadəçimiz göndərib. O, fotoları Lənkəranda Boladi Seyidoba körpüsündə çəkdiyini yazır.
3/7 Bu fotonu Bəyazid Axundov adlı internet istifadəçimiz göndərib. O, fotoları Lənkəranda Boladi Seyidoba körpüsündə çəkdiyini yazır.
Güclü yağışlar Azərbaycanın cənub rayonlarında güclü selə səbəb olub. AzadlıqRadiosunun Mobil reportyor rubrikasına Lənkəran və Massalıdan göndərilən fotoları təqdim edirik.
Bu fotonu Bəyazid Axundov adlı internet istifadəçimiz göndərib. O, fotoları Lənkəranda Boladi Seyidoba körpüsündə çəkdiyini yazır.
4/7 Bu fotonu Bəyazid Axundov adlı internet istifadəçimiz göndərib. O, fotoları Lənkəranda Boladi Seyidoba körpüsündə çəkdiyini yazır.
Güclü yağışlar Azərbaycanın cənub rayonlarında güclü selə səbəb olub. AzadlıqRadiosunun Mobil reportyor rubrikasına Lənkəran və Massalıdan göndərilən fotoları təqdim edirik.
Bu fotonu Bəyazid Axundov adlı internet istifadəçimiz göndərib. O, fotoları Lənkəranda Boladi Seyidoba körpüsündə çəkdiyini yazır.
5/7 Bu fotonu Bəyazid Axundov adlı internet istifadəçimiz göndərib. O, fotoları Lənkəranda Boladi Seyidoba körpüsündə çəkdiyini yazır.
Güclü yağışlar Azərbaycanın cənub rayonlarında güclü selə səbəb olub. AzadlıqRadiosunun Mobil reportyor rubrikasına Lənkəran və Massalıdan göndərilən fotoları təqdim edirik.
Bu fotonu Elvin Vəlizadə adlı internet istifadəçimiz Lənkəranda stadionun ətrafında çəkdiyini yazır.
6/7 Bu fotonu Elvin Vəlizadə adlı internet istifadəçimiz Lənkəranda stadionun ətrafında çəkdiyini yazır.
Güclü yağışlar Azərbaycanın cənub rayonlarında güclü selə səbəb olub. AzadlıqRadiosunun Mobil reportyor rubrikasına Lənkəran və Massalıdan göndərilən fotoları təqdim edirik.
Bu fotonu Elvin Vəlizadə adlı internet istifadəçimiz Lənkəranda stadionun ətrafında çəkdiyini yazır.
7/7 Bu fotonu Elvin Vəlizadə adlı internet istifadəçimiz Lənkəranda stadionun ətrafında çəkdiyini yazır.
Güclü yağışlar Azərbaycanın cənub rayonlarında güclü selə səbəb olub. AzadlıqRadiosunun Mobil reportyor rubrikasına Lənkəran və Massalıdan göndərilən fotoları təqdim edirik.
Öncəki slayd
Növbəti slayd

Sən də rastına çıxan maraqlı hadisələri videoya, fotoya çəkib bizə göndərə bilərsən.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

This item is part of
XS
SM
MD
LG