Keçid linkləri

2025, 30 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:52
Azərbaycan seçkilər
Azərbaycan seçkilər

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

14:40 28.10.2015

Müsavat partiyası parlament seçkilərindən kənara çəkildi

Müsavat partiyası seçkilərdə iştirakını dayandırdı. Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə qərar Müsavat Divanının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunub.

Qərardan irəli gələn məsələlərin həlli partiyanın Mərkəzi Seçki Qərargahına tapşırılıb.

14:53 28.10.2015

Arif Hacılı Müsavat namizədlərini seçkidə iştirakı dayandırmağa çağırır

Müsavat başqanı A. Hacılı ümid etdiyini bildirib ki, Müsavat Partiyasının deputatlığa namizədliyi qeydə alınan üzvləri partiyanın seçkilərdə iştirakının dayandırılması barədə qərarını düzgün qəbul edəcək və seçkidə iştirakı dayandıracaq.

O, vurğulayıb ki, bununla belə, Müsavat Partiyasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydə alınıb və Müsavat Partiyası seçkiləri müşahidə edəcək, bu sahədə fəaliyyətini REAL və NİDA ilə əlaqələndirəcək.

16:53 28.10.2015

Ad dəyişməklə ipoteka asanlaşacaqmı?

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Səhmləri dövlətə məxsus olan «İpoteka Fondu» ASC Mərkəzi Bankın nəzdindəki Azərbaycan İpoteka Fondunun hüquqi varisidir. Əvvəlki fondun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yenisinə keçir.

Ad dəyişməklə nə dəyişəcək? İqtisadçı Natiq Cəfərli izah edir:

Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

17:20 28.10.2015

Nazirə şeir yazan müdirə töhmət verildi

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə (Bəhmənliyə) töhmət elan olunub.

Buna səbəb nazirliyin həmin məsul işçisinin 5-6 ay əvvəl nazirə şeir həsr etməsidir və nazirin bu şeiri heç vaxt çap etdirməməsini tapşırmasına baxmayaraq bu şeiri bu günlərdə 525-ci qəzetdə çap etdirməsidir.

Həmin şeirdən bir parça:

Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.

və s. və i. a. beləcə şeir davam edir.

Davamı

XS
SM
MD
LG