Bu günki AzadlıqLive-da:
İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti oldu. Nə dəyişəcək? Natiq Cəfərli izah edir
Qaradağda Buta-Qızıldaş qəsəbələrində cəzaçəkmə müəssisələrinə gedən əzablı yollar
Nazirinə mədhiyyə yazan müdir töhmət aldı
Mingəçevirdə prezidentə yeni iqamətgah tikilir?
Nəhəng tikintinin yaxınlığında məskunlaşan məcburi köçkünlər yollarının bağlandığını, hündür onların evlərinə gələn yola postlar qoyulduğunu deyirlər.
“Ətrafı tikə-tikə gedirlər… Ay başına dönüm, burdan hasarlayırlar, ordan tikirlər… Elə ki, səsimizi çıxarırıq, gözlərini bərəldirlər ki, “susun, prezidentə iqamətgah tikirik. Buna qarşı çıxası deyilsiz ki…” "İndi başa düşmüşük ki, prezidentin adından istifadə edirlər." Video burada
İlham Əliyev: "paxıllar işimizə kölgə salmaq istəyirdi"
"Son illər ərzində iqtisadi inkişaf tempinə görə dünyada Azərbaycana bərabər ikinci ölkə yoxdur. Vaxtilə bizim uğurlarımızı neftlə bağlayırdılar. Paxıllar, bəzi dairələr bizim işimizə kölgə salmaq istəyirdilər. İndi neftin qiyməti iki dəfədən aşağı düşüb. Ancaq biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk".
Report xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.
Leyla Yunus: "Yaxşı, mən ölsəm, hakimiyyət neyləyəcək?"
Vəkil deyir ki, Leyla Yunusa müalicəsini davam etdirməyə imkan verilmir. Çəkisi də xeyli azalıb: «Sağlamlıq məsələsini müzakirə edəndə Leyla xanım dedi ki, «yaxşı, mən ölsəm, bu hakimiyyət neyləyəcək?»».