Keçid linkləri

2025, 21 Dekabr, bazar, Bakı vaxtı 07:54
Azərbaycan seçkilər
Azərbaycan seçkilər

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

19:34 29.10.2015

Çin "Bir ailə-bir uşaq" siyasətini dayandırır

Çin doğuma nəzarət edən “Bir ailə - bir uşaq” siyasətini dayandırır. Bu qərarı Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyası Mərkəzi Komitəsinin oktyabrın 29-da başa çatan plenar iclası verib.

Çində 35 ildir qüvvədə olan “Bir ailə - bir uşaq” siyasətinin dayandırılması barədə qərar bütün ailələrə ikinci uşağa icazə verəcək.

19:26 29.10.2015

Xaçmazın köhnə dərdləri

Bu kəndin sakinləri, əlikameralı birini görüncə, ən xırda detalın da görüntülənməsini istəyirlər

“Dövlətin basdırdığı dirəklərdir. Məftillər o qədər aşağıdan keçir ki, az qalır adamın başına dəysin.. Hələ bu birinə bax... Necə aşağıdan çəkilib naqillər... Köhnə, çürük naqillərdir”.

18:09 29.10.2015

Tural Abbaslı seçkidən geri çəkilmir

“Mən hesab edirəm ki, Müsavatın parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarı yanlışdır. Hətta Arif Hacılının tərəfdarları arasında da bu qərar narazılıqla qarşılanıb”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, deputatlığa namizəd Tural Abbaslı deyib. O, Müsavatın üzvü olsa da, partiyanın qərarına heç bir halda əməl etməyəcəyini vurğulayıb: “MənMüsavat Partiyasının üzvü olsam da, şəxsi təbəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüyüm üçün bu qərarı icra etmək fikrində deyiləm. Eyni zamanda, hesab edirəm ki, seçkilərdə iştirakı dayandırmaq yersiz və vaxtında verilməyən bir qərar idi”.

17:39 29.10.2015

MSK Müsavat partiyasının seçkidən imtina müraciətini qəbul etmədi

“Seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur. Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır. Müsavat Partiyası qanunvericiliyin imkan verdiyi müddətdə yox, bu müddətdən sonra seçkidə iştirakını dayandırdığını bəyan edib."

Digər tərəfdən, partiya namizədlərini özü geri çağırmalıdır. Ona görə də MSK-dan DSK-larda Müsavat Partiyasının namizədlərinin namizədliklərini geri götürməkdə yardım istəməsini xahiş etməsi anlaşılan deyil”. ​APA-nın məlumatına görə, bunu MSK sədrinin müavini Natiq Məmmədov deyib.

Davamı

XS
SM
MD
LG