Keçid linkləri

2025, 21 Dekabr, bazar, Bakı vaxtı 09:26
Azərbaycan seçkilər
Azərbaycan seçkilər

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

16:45 29.10.2015

"Praktiki olaraq hər yer, dövlət başçısından tutmuş adi vətəndaşa qədər dinlənə bilər".

Bunu MTN-nin keçmiş rəhbərlərindən olan Sülhəddin Əkbər Ölkə.az-a deyib.

MTN ətrafında söz-söhbətlər və qalmaqal ölkə mediasının bir nömrəli gündəm xəbəri olaraq qalır. Həbslərdə diqqət çəkən məqamlardan biri də, öncə MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşlarının həbs edilməsi oldu. Bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin də həbs edilməsi və ya işdən çıxarılması beyinlərdə suallar doğurdu.

MTN kimləri və hansı niyyətlə dinləyib? Sülhəddin Əkbər:

"...Görünən odur ki, həbs olunanların içərisində texniki idarənin əməkdaşları əksəriyyət təşkil edir. Bu da onu göstərir ki, qanunsuz əməllərdə, qanunsuz dinləmələrdə texniki idarənin birbaşa iştirakından söhbət gedir.

Praktiki olaraq hər yer, dövlət başçısından adi vətəndaşa qədər dinlənə bilər."

16:36 29.10.2015

"Qaliley", "Nyuton" rədd olundu

“Son 1 ayda “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan, gülüş doğuran adlarla bağlı bizə 20-ə yaxın müraciət daxil olub”. Bunu APA-ya açıqlamasındaNazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” adları qoymaq istədikləri məlum olub: “Tərəfimizdən bu adlara qəti qadağa qoyuldu.”

15:24 29.10.2015

2 Pulitzer mükafatı alan yazıçı-səyyah Salopekin Qafqaz səfəri

Amerikalı jurnalist, dünyanın müxtəlif ölkələrindən yazdığı silsilə məqalələrə görə iki dəfə Pulitzer mükafatı almış yazıçı-səyyah Paul Salopek"Şərqə doğru" səfəri çərçivəsində Qafqazdadır.

Oktyabr ayında Gürcüstanı keçib. Onun "Out of Eden Walk" layihəsində növbəti dayanacaq Bakı, sonra Qazaxıstan olacaq. O, hər 160 kilometrdə bir dəfə dayanaraq, səfər qeydlərini yazır.

Gürcüstanda erməni, gürcü, azərbaycanlı kəndlərinin mozaik mənzərəsini Salopek necə görüb? Burda oxu

14:02 29.10.2015

Milli Şura seçkilərin nəticəsini tanımayacaq

“Milli Şura noyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticələrini tanımayacaq. Çünki bu seçkilər əhalinin iradəsini ifadə etmir”.
Bu haqda qurumun oktyabrın 29-da yaydığı bəyanatında deyilir.

Davamı

XS
SM
MD
LG