AzadlıqLiveTv-də:
Avropaya ucuz bilet, Əliyev və 44 sahibkar, İŞİD və Gürcüstan
Əkrəm Həsənov: "Mərkəzi Bank öz işi ilə məşğul olmalıdır"
Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, İpoteka Fondunun Mərkəzi Bankın nəzdində olması, əslində, «Mərkəzi Bank haqqında» qanuna zidd idi: «Nəhayət, bu ziddiyyət aradan qaldırılır. Prezident bu fondu yaradarkən, onun müvəqqəti Mərkəzi Bankın nəzdində qalacağını nəzərdə tuturdu. Hələ 10 il əvvəl prezidentin 22 dekabr 2005-ci il fərmanının 3.2-ci bəndində Mərkəzi Banka tapşırılmışdı ki, İpoteka Fondunun səhmdar cəmiyyətə çevrilməsi və özəlləşdirilməsi barədə təkliflərini 2006-cı ilin sonunadək təqdim etsin».
Əkrəm Həsənov Mərkəzi Bankın nəzdində başqa iki qurumun da fəaliyyət göstərdiyini xatırladır: «Maliyyə Monitorinq Xidmətinin və Əmanətlərin Sığortalanması Fondunun da Mərkəzi Banka tabe olması bu bank haqqında qanuna ziddir. Ümumiyyətlə, Mərkəzi Bank öz işi ilə məşğul olmalıdır. Təəssüf ki, heç öz işinin öhdəsindən gəlmədiyi halda, özünə aid olmayan səlahiyyətləri əlində saxlayıb».
Ramiz Mehdiyev: "marinonetka ola bilmərik"
"Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir". Bunu Ramiz Mehdiyev yazır.
Ramiz Mehdiyev ABŞ prezidentindən də gileylənir: «ABŞ prezidenti Barack Obama BMT Baş Assambleyasının bu qurumun yaradılmasının 70 illiyinə həsr edilmiş iclasındakı çıxışında bugünkü Ukrayna probleminə toxunaraq deyib: «Ölkənin suverenliyinin və ərazi bütövlüyünün hiddətləndirici şəkildə pozulduğu bir vaxtda biz kənarda qala bilmərik». Bu hadisələr cənab Barack Obama-nı hiddətləndirir. Amma 20 ildən artıq müddətdə Ermənistan tərəfindən bizim torpaqların işğal edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması nədənsə ABŞ prezidentini özündən çıxarmır. Bu cür münasibət nə dərəcədə ədalətlidir?».
Leyla Yunus: "Yaxşı, mən ölsəm, hakimiyyət neyləyəcək?"
Vəkil deyir ki, Leyla Yunusa müalicəsini davam etdirməyə imkan verilmir. Çəkisi də xeyli azalıb: «Sağlamlıq məsələsini müzakirə edəndə Leyla xanım dedi ki, «yaxşı, mən ölsəm, bu hakimiyyət neyləyəcək?»».