Ad dəyişməklə ipoteka asanlaşacaqmı?
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.
Səhmləri dövlətə məxsus olan «İpoteka Fondu» ASC Mərkəzi Bankın nəzdindəki Azərbaycan İpoteka Fondunun hüquqi varisidir. Əvvəlki fondun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yenisinə keçir.
Ad dəyişməklə nə dəyişəcək? İqtisadçı Natiq Cəfərli izah edir:
Arif Hacılı Müsavat namizədlərini seçkidə iştirakı dayandırmağa çağırır
Müsavat başqanı A. Hacılı ümid etdiyini bildirib ki, Müsavat Partiyasının deputatlığa namizədliyi qeydə alınan üzvləri partiyanın seçkilərdə iştirakının dayandırılması barədə qərarını düzgün qəbul edəcək və seçkidə iştirakı dayandıracaq.
O, vurğulayıb ki, bununla belə, Müsavat Partiyasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydə alınıb və Müsavat Partiyası seçkiləri müşahidə edəcək, bu sahədə fəaliyyətini REAL və NİDA ilə əlaqələndirəcək.
Müsavat partiyası parlament seçkilərindən kənara çəkildi
Müsavat partiyası seçkilərdə iştirakını dayandırdı. Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə qərar Müsavat Divanının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunub.
Qərardan irəli gələn məsələlərin həlli partiyanın Mərkəzi Seçki Qərargahına tapşırılıb.
Sərbəst əsaslarla işləyənlər ştatlı işçilərdən daha çox qazanır
Sərbəst əsaslarla, ştatdankənar çalışanlar (freelancer) deyirlər ki, ofisdəki həmkarlarından daha çox qazanırlar. Yeni açıqlanmış sorğuya əsasən belə demək olar. dcinno.streetwise.co saytı yazır ki, hətta az qazansalar belə, sərbəst çalışanlar ofisdəkilərdən daha müsbət enerjili olurlar və seçkidə daha çox fəallıq göstərirlər. ABŞ-da keçirilmiş sorğunun təhlili