Keçid linkləri

2026, 13 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:13

Həmsədrlər gəlir

Həmsədrlər Yerevanda.
Həmsədrlər Yerevanda.

-

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayır.

APA-nın məlumatına görə, həmsədrlər Igor Popov (Rusiya), James Warlick (ABŞ) və Pierre Andrieu (Fransa) oktyabrın 26-da Ermənistana səfər edəcəklər.

Həmsədrlərin Ermənistan prezidenti Serzh Sargsyan və xarici işlər naziri Eduard Nalbandian-la görüşəcəyi gözlənilir.

Daha sonra həmsədrlər Dağlıq Qarabağa gedəcəklər.

Onlar həm də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər. Ehtimal olunur ki, Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan tərəfinə keçəcəklər.

This item is part of
XS
SM
MD
LG