- Bugünlərdə rus yazıçısı, ruslara ilk Nobel mükafatını qazandıran İvan Buninin 145 illiyi qeyd olunur.
Onun ən məşhur əsərlərini bir daha xatırlayaq:
San Fransiskodan olan cənab (1915) - zəngin bir cənab Atlantida adlı gəmiylə İtaliyaya səyahət edir. O, Kapriyə çatanda qəflətən ölür və cəsədi ailəsi başda olmaqla hamıya yük olur. Kapridəki otelin sahibi cəsədi içəri buraxmır...
Köhnə Dünyada ona yer tapılmır, gəmi yalnız Yeni Dünyaya qayıdanda onu öz torpağında dəfn edirlər.
Kapri insanlarının həyatı və təbiəti haqda canlı təsvirlər kitabı həm də bir səyahət kitabı kimi maraqlı edir.
"Mityanın məhəbbəti" (1924) - Mitya tələbədir, o, Katya adlı aktrisalıq fakültəsinin tələbəsini sevir. Qız yetkinləşdikcə Mityaya gülür, onu bəyənmir.
Mitya özüylə tək qalmaq, münasibətləri haqda baş sındırmaq üçün Moskvanı tərk edir və başına bir çox müsibətlər gəlir.
Lənətli günlər (1925-26)
Bunin 1920-ci ildə Rusiyadan Fransaya mühacirət etmişdi. Çünki o, Bolşevikləri istəmirdi. Bu kitab onun həmin illər, Vətəndaş Müharibəsi haqda xatirələri, fəlsəfi-publisistik yazılarıdır.
Bu gündəliklər Sovet vaxtı qadağan olub. Rusiyada Yenidənqurma illərində ilk dəfə işıq üzü görüb. Gündəliklər Bolşeviklərə nifrətlə doludur.
"Necə unutmalı, bunu rus xalqına necə bağışlamalı? Dəhşətə gəlirəm, olanları qavramağa gücüm çatmır..."
Arsenyevin həyatı (1927-1933)
Buninin fikrincə, o, məhz bu romanı sayəsində “klassik rus nəsri ənənənələrini təvazökarlıqla inkişaf etdirmək ustalığına görə" Nobel Mükafatı almışdı.
Romanda Aleksey Arsenyevin uşaqlığı, yeniyetməliyi, Likaya sevgisi əks olunur. Qızın atası bu sevgiyə qarşıdır. Qız Arsenyevdən qaçır, Arsenyev onu axtarır, atası qızın harada olduğunu demir.
"Mityanın sevgisi"ndə olduğu kimi Arsenyevin başına böyük müsibətlər gəlir.
Qaranlıq küçə (1938-1946)
Bu, hekayələr toplusudur. Kitabın ən məşhur hekayəsi "Pasxa bazar ertəsi" hekayəsidir. İki zəngin gənc bir-birini sevir. Qız oğlanı tərk edir və monastıra düşür. Bunin özü bu kitabını ən yaxşı əsərlərindən biri hesab edirdi. Kitabdakı bütün hekayələrə film çəkilib.