Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 03:15

Türkiyədə 50 İD şübhəlisi saxlanıb


Arxiv fotosu

-

Türkiyədə İslam Dövləti (İD) silahlı qruplaşması ilə bağlılıqda şübhəli bilinən 50 nəfər saxlanıb. Yerli medianın məlumatına görə, İstanbulda 17 yerdə polis reyd keçirib.

Anadolu agentliyi oktyabrın 18-də saxlananların hamısının xarici vətəndaşlar olduğunu, Suriya və İraqda münaqişə zonalarına getməyi planlaşdırdığını bildirir. Həmin şəxslərin milliyyəti barədə informasiya verilməsə də, Türkiyəyə bu yaxınlarda gəldikləri, nəzarət altında olduqları qeyd edilir.

Ötən həftə Ankarada sülh yürüşünə iki intiharçı hücumunda 102 nəfər həlak olub. Təsdiqlənməmiş məlumatlar hücumları İD-nin Türkiyə şəbəkəsinin həyata keçirdiyini iddia edir.

XS
SM
MD
LG