Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:35

-

İranla nüvə sazişinin tələbinə uyğun olaraq Tehranın nüvə proqramının məhdudlaşdırılması aylar çəkəcək. Bunu ABŞ-ın adı çəkilməyən rəsmilər oktyabrın 18-də deyib.

Həmin gün tarixi sənədin qəbulundan 90 gün keçdi. İyulun 17-də İranla altı dövlət Vyanada razılaşma əldə etdi.

Sazişin bir hissəsi olaraq, ABŞ prezidenti Barack Obama oktyabrın 18-də ABŞ hökumətinə göstəriş verib ki, İrana sanksiyaların götürülməsi istiqamətində bəzi tədbirlər görsün. Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdıracağı əvəzində sanksiyaların tədricən qaldırılmasını nəzərdə tutur.

Qərb İranın gizli nüvə silahları hazırlamasından şübhələnib, Tehran isə bunu yalan adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG