Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:38

Turin Kitab Sərgisi: "Belə bir ölkəyə yer verə bilmərik"


- Beynəlxalq Turin Kitab Sərgisinin direktoru Rolando Picchioni, 2015-ci ilin əvvəlində növbəti il Səudiyyə Ərəbistanının qonaq ölkə olacağını açıqlamışdı.

Picchioni hər il qonaq ölkəyə verilən 300 metrlik stendi Səudiyyə Ərəbistanına ayıracağını demişdi.

Səudiyyə Ərəbistanının rəhbərliyi isə ötən günlərdə 2012-ci ildə demokratiya mitinqində iştirak etmiş 17 yaşlı bir gənci demokratiya aktivisti olduğunu əsas gətirərək, həbs edib. Gənc Ali Muhammed El-Nimr’un başının kəsilməsinə qərar verilib.

Bu xəbər yayılandan sonra BMT və insan haqları qrupları aktivistə qarşı ağır cəzanın dayandırılmasını tələb etmiş, Səudiyyə Ərəbistanını tənqid etmişdilər.

İndi isə Turin Kitab Sərgisinin rəhbərliyi ərəb dövlət adamlarına “açıq və təsirli bir mesaj vermək üçün” onu qonaq ölkə statusundan məhrum edib.

Ərəb ədəbiyyatına hörmət etdiklərini, lakin 2016-cı il sərgisində belə bir ölkəyə yer verməyəcəklərini elan ediblər.

Ərəbistanın Romadakı səfirliyi isə Turin Kitab Sərgisini “ölkənin daxili işlərinə qarışmaqda” ittiham edir.

Oxu Zalı

XS
SM
MD
LG