Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:09

Azərbaycan kitabı Turində sərgilənəcək


Foto illüstrasiya
Foto illüstrasiya

-
Mayın 14-dən 18-dək İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycan bu sərgidə «Xüsusi qonaq ölkə» kimi iştirak edəcək.

Azərbaycan bu məqsədlə sərginin keçiriləcəyi məkanda 50 kv.m-lik sahə icarəyə götürüb.

Nazirlik tərəfindən sifariş olunan stend Qız qalasının, İçərişəhərin Qala divarlarının dizaynı ilə hazırlanacaq.

Nazirlik sərgidə 300 addan çox nəfis tərtibatlı kitab və digər çap məhsullarının nümayiş olunacağını bildirib. Bu kitablarda Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri, «Bakı-2015» Birinci Avropa Oyunları, ölkənin turizm potensialı təbliğ ediləcək.

Sərgi çərçivəsində müxtəlif mövzularda italyan dilində işıq üzü görmüş bir sıra kitabların təqdimatının keçirilməsi, ölkə haqqında təbliğat və reklam materiallarının ziyarətçilərə paylanılması nəzərdə tutulur.

Nazirliyin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə və ekspozisiyada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin də iştirakı planlaşdırılır.

Azərbaycanın «Xüsusi qonaq ölkə» olması münasibətilə sərginin açılış günündə – mayın 14-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək.

Mayın 15-də nazirin birinci müavini Vaqif Əliyevin dünyanın ən nüfuzlu kitab sərgisi olan Frankfurt Kitab Yarmarkasının baş direktoru Juergen Boos və beynəlxalq layihələr üzrə direktoru Bärbel Becker ilə görüşü də planlaşdırılır. Görüş zamanı mədəni əlaqələrin güclənməsində özünəməxsus yer tutan kitab sərgilərinin, o cümlədən bu il sentyabrın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili, Azərbaycanın Frankfurt yarmarkasında iştirak imkanlarının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Sərgi müddətində nazirlik tərəfindən müxtəlif kitab təqdimatları da keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG