Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Dəməşqdəki Rusiya səfirliyi atəşə tutulub


Mərmilər atılarkən yüzlərlə hökumətyönlü nümayişçi Rusiyanın hava zərbələrini dəstəkləyən yürüş keçirirdi.

Xəbər verilir ki, Rusiya Federasiyasının Suriya paytaxtındakı səfirliyinə iki mərmi dəyib.

Mərmilər atılarkən yüzlərlə hökumətyönlü nümayişçi Rusiyanın hava zərbələrini dəstəkləyən yürüş keçirirdi.

Hadisə zamanı ölən olmayıb, lakin ərəb mənbələri yaralıların olduğunu bildiriblər.

Mərmi partlayışları nəticəsində panika və qarışıqlıq yaranıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov hadisəni “terror basqını” adlandırıb.

O deyib ki, basqından məqsəd terrora qarşı mübarizə aparanların qorxudulması olub.

“Biz Suriya hakimiyyət orqanları ilə birlikdə bu hadisıə ümçün məsul olanların kimliyini araşdırırıq”- deyib Lavrov.

XS
SM
MD
LG