21 yaşadək futbolçular arasında keçirilən "Avro-2017"nin seçmə mərhələsinin oyunları davam edir.
7-ci qrupda mübarizə aparan Azərbaycan millisi oktyabrın 13-də evdə Finlandiya yığmasını qəbul edir.
Qeyd edək ki, seçmə mərhələnin ilk görüşündə Farer adalarına 1:0 hesabı ilə qalib gələn Azərbaycan millisi bunun ardınca evdə Avstriyaya millisinə 0:2, Almaniyaya yığmasına isə 0:3 hesabı ilə məğlub olub.
Komanda səfərdə keçirilən son görüşündə isə Avstriyaya millisinə böyük-0:7 hesabı ilə məğlub olub.
Azərbaycan millisi hazırda 3 xalla 4-cü yerdədir.
Qrupa isə 9 xalla Avstriya liderlik edir.
Almaniya ilə Finlandiya 6 xalla 2-ci-3-cü yerləri bölüşürlər.
Rusiya ilə Farer adaları isə 0 xalla sonuncu yerlərdədir.