Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

9 ayda 666 ölü...


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Son 9 ayda respublikada 1663 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 666 nəfər ölüb, 1746 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 296 fakt, qəzada ölənlərin sayı 179, yaralananların sayı isə 247 fakt azalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumatda belə deyilir.

Qəzaların çoxu toqquşma hadisələridir, bu da qol nəqliyyat hadisələrinin 34.2 faizini təşkil edib. 569 toqquşma hadisəsi nəticəsində 225 nəfər ölüb, 792 nəfər xəsarət alıb.

Piyadaların vurulması ilə bağlı 659 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 235 piyada ölüb, 491 nəfər xəsarət alıb.

Sürət həddinin aşılması səbəbindən 468 qəza baş verib.216 nəfər ölüb, 396 nəfər yaralanıb.

Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində 612 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 238 nəfər ölüb, 737 nəfər yaralanıb.

148 yol ayrıcını keçmə qaydalarının pozulması nəticəsində baş verən qəzalarda 29 nəfər ölüb, 210 nəfər yaralanıb.

Qəzalarda 56 uşaq ölüb, 153 nəfər isə yaralanıb.

XS
SM
MD
LG