Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 16:10

Azərbaycan boksçları final yolunda


Foto arxiv

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında oktyabrın 12-də daha 3 Azərbaycan boksçusu yarımfinal görüşünə çıxacaq.

52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi rinqə çıxacaq.

60 kq çəkidə yarışan Albert Səlimov braziliyalı Robson Konseysao ilə, 69 kq çəkidə vuruşan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşəcək.

Görüşlər Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Qaliblər oktyabrın 15-də keçiriləcək final görüşünə vəsiqə qazanacaqlar.

Məğlublar isə yarışı bürünc medalla başa vuracaqlar.

Multimedia

XS
SM
MD
LG