Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 14:09

Davutoglu:"İD" qrupu əsas şübhəlidir"


Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu bildirib ki, İslam Dövləti qrupu Ankarada törədilən partlayışların təşkilində əsas şübhəli sayılır.

Oktyabrın 10-da törədilən iki partlayışda azı 97 nəfər ölüb.

Davutoglu NTV kanalında çıxış edərkən həmçinin müstəntiqlərin şübhəlilərdən birinin kimliyini müəyyən etməyə yaxın olduqlarını bildirib.

O bildirib ki, bu DNK analizi ilə müəyyən ediləcək.

Baş nazir bildirib ki, məqsəd, noyabrın 1-də keçiriləcək təkrar parlament seçkilərinin gedişinə təsir etməkdir.

Qeyd edək ki, kürdpərəst fəallar və ictimai qruplar həmin gün Ankarada Türkiyə ordusu ilə PKK arasındakı silahlı münaqişəyə etiraz olaraq dinc yürüş keçirərkən bir saniyə ərzində iki partlayış törədilib.

Kerdpərəst Xalq Demokrat Partiyası ölənlərin 128,hökumət isə 97 nəfər olduğunu deyir.

XS
SM
MD
LG