Seçkidə namizədlər Facebook və Youtube-a güvənir
İlkin müşahidələr göstərir ki, bəzi namizədlər sosial şəbəkələrdən, xüsusilə Facebook-dan istifadəyə üz tutub, artıq Facebook səhifələrini namizədlərin plakatları, şüarları bəzəyir.
Bəxtiyar Hacıyev deyir ki, " “Artıq bu, namizədin seçki qərargahından asılıdır ki, sosial şəbəkələrdən necə uğurlu istifadə edəcəklər”.
"Dövlət müdaxiləsini azaltmalıdır"
Son iki gündə iqtisadiyyat günün əsas mövzusuna çevrilib. Ölkə prezidenti ilin 9 ayının yekunlarına həsr olunan iclasda daha çox iqtisadiyyatda nə etmək lazım olduğundan danışdı, dedi ki, «sahibkarları boğurlar, soyurlar, incidirlər...». Milli Məclisdə isə gələn ilin büdcəsi müzakirə olunanda Mərkəzi Bank sədri manatın məzənnəsindən, maliyyə naziri neftin qiymətindən danışdı. Bütün bu səslənən fikirlər barədə özü həm iş adamı, həm vaxtilə Milli Məclisin deputatı, indi isə parlament seçkilərində namizəd olan Nazim Məmmədov nə fikirdədir? Gələn il manatın məzənnəsindən o nələri gözləyir? Narahat olmağa dəyərmi?
İslahatlara gəldikdə, Nazim Məmmədov deyir ki, məlum olduğu kimi, hər yerdə dövlət ən pis sahibkardır. Ona görə, dövlət iqtisadiyyata müdaxiləsini azaltmalıdır. Halbuki dövlət qurumlarının əlində çoxlu müdaxilə imkanları var, məsələn, birinə lisenziya verir, o birisinə vermir və s.
Nazim Məmmədov islahatları necə görür?
Bu günki AzadlıqLive-da:
Hollandiya komissiyasının rəyi: Malayziya təyyarəsini BUK raketi ilə vurublar
Pessimist variant: barreli 40 dollar
"Dövlət ən pis sahibkardır"
Elman Rüstəmov: Manatın çevik məzənnəsinə keçid araşdırılır
Sabahki AzadliqLive-da TV-də:
İlham Əliyev “sahibkarları boğurlar, soyurlar, incidirlər” – dedi...
Keçmiş maliyyə naziri Fikrət Yusifovun iqtisadçı Natiq Cəfərliyə qarşı iddiasına Yasamal rayon Məhkəməsində baxılacaq
Azerinşaatın aldatdığı işçilər?
Bakubus niyə gecikir?