Seçkidə namizədlər Facebook və Youtube-a güvənir
İlkin müşahidələr göstərir ki, bəzi namizədlər sosial şəbəkələrdən, xüsusilə Facebook-dan istifadəyə üz tutub, artıq Facebook səhifələrini namizədlərin plakatları, şüarları bəzəyir.
Bəxtiyar Hacıyev deyir ki, " “Artıq bu, namizədin seçki qərargahından asılıdır ki, sosial şəbəkələrdən necə uğurlu istifadə edəcəklər”.
Malayzaiya təyyarəsi BUK raketi ilə vurulub
Hollandiya müstəntiqləri Malayziya təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticəsini elan edib. Araşdırmanın nəticəsinə görə, bu təyyarə yer-hava növlü BUK raketi ilə vurulub.
Keçən il Ukraynaın şərqində vurulan təyyarədə 298 adam həlak oldu.
Komissiyanın rəhbəri, Hollandiya Təhlükəsizlik Heyətinin sədri Tjibbe Joustra mətbuat konfransında deyib ki, raket başlığı təyyarəyə sol tərəfdən dəyib. O həmçinin bildirib ki, komissiya öz mandatına uyğun olaraq qəzanın səbəblərini açıqlayır, kimin müqəssir olmasını yox. (AFP)
Elman Rüstəmov çevik məzənnəyə keçiddən danışıb
Oktyabrın 13-də Milli Məclisin növbəti plenar iclasında Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib ki, çevik məzənnə siyasətinə keçid ciddi araşdırılır: «Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır.
Pessimist variant: barreli 40 dollar
Milli Məclisin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş plenar iclasında maliyyə naziri Samir Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə tutulub. Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur. “Odur ki, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq”. Bunu Qafqazinfo xəbər verir