Assad-i öldürənə 3 milyon avro vəd edirlər
Suriyanın Al-Qaidaya yaxın olan cihadçı Al-Nusra təşkilatının rəhbəri al-Jolani Suriya lideri Bashar Assad-i öldürənə 3 milyon avro mükafat təyin edib. Hezbollah lideri Hassan Nasrallah-i öldürənə isə 2 milyon avro vəd olunur. Bunu Frans Press xəbər verir.
Al-Jolaninin səsi yazılan audioda deyilir ki, "onları hətta öz ailə üzvləri öldürsə belə, həmin mükafat veriləcək."
Google səhvinə görə 10 min ödədi
Ötən həftələrdə «Google»un keçmiş işçilərindən Sanmay Ved qısa müddətə də olsa, google.com domenini 12 dollara satın alıb tarixə düşüb.
S.Ved internetdə dolaşarkən təsadüfən bu domenin satış üçün açıq olduğunu görüb. Əvvəlcə inanmayıb, bir səhv olduğunu düşünərək, nə baş verdiyini anlamaq üçün internet satınalmasını gerçəkləşdirib. Beləliklə, o, dünyanın ən reytinqli saytını cəmi 12 dollara alıb.
«Google» isə bunun bir xəta olduğunu bildirib və domeni Ved-dən geri tələb edib. Bu zaman şirkət Sanmay Ved-ə pul mükafatı vəd edib.
«Business Insider»ə danışan şirkətin keçmiş əməkdaşı bunu pul üçün etmədiyini və pul mükafatını «Yaşayan Hindistan sənəti» vəqfinə bağışlayacağını deyib.
Seçkiyə kim, nə ilə gedir?
AzadlıqTV: Obama:"Putin pis liderlik nümayiş etdirir"