Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 09:11

Frankfurt Beynəlxalq Kitab Sərgisi başlayır


Frankfurt Kitab Sərgisi.

-
Almaniyanın Frankfurt-Mayn şəhərində keçiriləcək dünyanın ən nüfuzlu beynəlxalq kitab sərgisində Azərbaycan da iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, oktyabrın 14-dən 18-dək düzənlənəcək Beynəlxalq Kitab Sərgisində Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Sərgidə Azərbaycan 60 kv.m. ərazidə, xüsusi dizaynlı stendlə təmsil olunacaq.

Sərgidə «Kitabi-Dədə Qorqud»un alman alimi Fridrich fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı müvafiq tədbirin keçirilməsi, kitab və digər nəşr məhsullarının, Azərbaycan yazıçıları ilə görüşlərin, kitab təqdimatlarının təşkilinəzərdə tutulub.

XS
SM
MD
LG