Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 16:48

ABŞ səfiri iqtisadi əlaqələrdən razıdır

Robert Cekuta
Robert Cekuta

-
«Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və bu əlaqələrin səviyyəsini daha da yüksəltməyə çalışırıq».

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta deyib.

O bildirib ki, artıq 20 ildən çoxdur iki ölkə enerji sahəsində əməkdaşlıq edir: «Digər sahələrdə də böyük potensial görürəm. Biz iqtisadiyyatın diversifikasiyası sahəsində əməkdaşlığı müzakirə edirik. Bizim yardım proqramlarımız var ki, Azərbaycanda kənd təsərrüfatı, internet ticarəti, nəqliyyat, ərzaq daşınması və s. sahələrin inkişafına yönəlib. Bu kimi layihələri Azərbaycanda USAID həyata keçirir». (APA)

This item is part of
XS
SM
MD
LG