Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:37

-

Yunanıstanın baş naziri oktyabrın 8-də etimad səsverməsini asanlıqla qazanıb. O, 2019-cu ilədək ölkəni maliyyə böhranından çıxarmağa, yoxsulları dəstəkləməklə qənaət tədbirlərinə də əməl etməyə boyun olub.

Alexis Tsipras hökumətinə hakim koalisiyanın 155 deputatının hamısı səs verib. 300 yerlik parlamentin müxalif üzvləri isə ona qarşı çıxıblar.

Tsipras sentyabrın 20 –də 4 illik mandat alıb. O, iyulda vəd etdiyi islahatları həyata keçirməyə söz verib. Vergilərin artırılması və sairə iqtisadi islahatlar Yunanıstanın 86 milyard avroluq borcu alması üçün şərtlərdir.

“Bu dörd ilin tarixə böhranın bitməsi dövrü kimi düşməsini istəyirik,” Tsipras deyib. “Əsas işimiz ən zəifləri dəstəkləmək olacaq”.

XS
SM
MD
LG