Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 02:02

BBC 2015-ci ilin ən yaxşı Britaniya hekayəsini seçdi


Jonathan Buckley

- 13 yaşlı qızı yoxa çıxan ailə polisdən bir nəticə görə bilməyəndə evə ekstrasens qadın çağırır. Ailə üzvləri qızın taleyinə onun işıq salacağına ümid edirlər.

Bütün ailə ekstrasensin seansına qoşulur, görünməyəni görəcəklərinə inanırlar. Hekayə başdan sona ekstrasensin dilindən nəql olunur.

Amma ekstrasens də qızı tapa bilmir. Onun öldüyünü görür. Amma öldürəni görə bilmir. Üzr istəyir. Ailə "Bəlkə bir daha cəhd edək?" deyir. Fayda olmur.

Hekayə göz yaşları içində qızından danışan anayla və ekstrasensin ona çıxış yolunun sevgi olduğunu deməsilə bitir. “Və o, bilirdi mən nə deyirəm”.

BBC-nin Milli hekayə müsabiqəsinin builki qalibi bu hekayə və onun müəllifi Jonathan Buckley'dir.

O, müsabiqənin qısa siyahısındakı Hilary Mantel'in “Margaret Tatcher'in qətli” hekayəsi də daxil olmaqla, bütün hekayələri ötüb və qalib olub. Münsiflər hekayə haqda çoxlu xoş sözlər deyiblər.

Hekayəni buradan dinləmək olar.

Oxu Zalı

XS
SM
MD
LG