Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 02:25

Margaret Thatcher'i "öldürdüyünə" görə mükafat

Hilary Mantel, 2009
Hilary Mantel, 2009

- Britaniyada yazıçı Hilary Mantel’in keçmiş baş nazir Margaret Thatcher'in qətlini xəyal etdiyi hekayəsi, o hekayə ki, keçən il sağçı “Daily Mail” qəzeti başda olmaqla əksəriyyət onu əyri, zövqsüz fantaziya adlandırmış, tənqid etmişdi, bu gün BBC-nin 15000 funt sterlinqlik Milli Hekayə Mükafatının qısa siyahısına düşüb. Bu hadisə ədəbi gündəmin ən çox danışılan hadisəsi olub.

BBC Milli hekayə müsabiqəsi onu 438 hekayə arasından seçdiyi beşliyə salıb. Mükafatın 10 yaşı olsa da, Britaniyada çox nüfuzludur.

Müsabiqə münsifləri deyiblər ki, qısa siyahıdakı 5 hekayənin hər biri Britaniya həyatının gözlənilməz bir tərəfini əks etdirir. Qalib 6 oktyabrda elan ediləcək.

This item is part of
XS
SM
MD
LG