Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:44

-

Sentyabrda Bakının təkrar (köhnə) mənzil bazarında qiymətlər artıb.
«MBA Group» konsaltinq şirkətinin məlumatına görə, ötən ay köhnə mənzillərin qiyməti orta hesabla 4,45% yüksəlib. Amma Bakıda mənzillərin qiyməti (dollar ifadəsində) bir il əvvələ nisbətən 22,5% aşağıdır.

Abşeron rayonu da daxil olmaqla, paytaxtdakı 12 rayondan 8-də qiymətlərin artımı, 4-də isə azalması qeydə alınıb.

Məlumatda deyilir ki, hazırda Bakıda ən bahalı mənzillər Səbail rayonundadır – orta qiymət 2278 dollar/kvadratmetr. Ən ucuz evlər isə Xəzər və Abşeron rayonlarındadır – 1 kvadratmetr üçün müvafiq olaraq 930 və 983 dollar.
Kommersiya obyektlərinin də qiyməti artıb. Şirkətin məlumatlarına görə, sentyabrda obyektlərin qiymətində 0,13% artım baş verib. Amma ümumilikdə, obyektlər bir il əvvələ nisbətən 23% ucuzdur.

«MBA Group» konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov qiymət artımını bazarda ucuz mənzillərin azalması ilə izah edib: «Yəni hər hansı mənzilin qiyməti bahalaşmayıb, sadəcə satışda olan ucuz mənzillər satılıb azalır. Qalan mənzillərin qiyməti isə baha olduğuna görə, orta qiymət də yüksəlir».

XS
SM
MD
LG