Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 00:21

Rusiyada iqtisadi artım kəskin düşəcək


Foto arxiv

İnkişaf etməkdə olan bazarlarda iqtisadi artımın ləngiməsi Beynəlxalq Valyuta Fondunu öz prpqnozunu aşağı salmağa məcbur edib.

Fondun oktyabrın 6-da açqladığı yarım illik hesabatda bildirilir ki, 2015-ci ildə dünyada 3,1, gələn il isə 3,6 faiz iqtisadi artım olacaq ki, bu iyulda verilən proqnozdan aşağıdır.

İnkişaf etməkdə olan bazarlarda artım 5 ildir ki, dalbadal düşür.

Buna səbəb Çindəki iqtisadi gerilik və dünya bazarında neftin qiymətinin kəskin düşməsidir.

Beynəlxalq Valyuta Fondu bildirir ki, həmçinin Ukrayna münaqişəsinə görə, beynəlxalq sanksiyalardan əziyyət çəkən Rusiyada iqtisadi artım gözlənildiyi 3,8 faizdən xeyli aşağı düşəcək və bu göstərici 2016-cı ildə 0,6 faiz olacaq.

Hesabata görə 2017-cı ilədə neftin bareli orta hesabla 55 dollar olacaq.

XS
SM
MD
LG