Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Bakıda «NATO Günləri» keçirilir


NATO.
NATO.

-

Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə «NATO Günləri»keçirilir.

Nazirliyin saytında yerləşdirilən məlumatda belə deyilir.

NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi Ali Çetinkaya-nın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar.

Tədbir oktyabrın 8-dək davam edəcək.

XS
SM
MD
LG