Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 05:34

İlham Əliyev türkiyəli generalla görüşüb


Hulusi Akar
Hulusi Akar

-

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini və daim möhkəmləndiyini bildirib.

İlham Əliyev son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətinə toxunub. İki ölkənin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini də vurğulayıb.

Ordu generalı Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi işbirliyinə nail olunduğunu vurğulayıb. Ölkələr arasında ikitərəfli münasibətlərə toxunan Hulusi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını və böyük önəm daşıdığını deyib. O, Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndirilənəcəyini əminliklə qeyd edib.

XS
SM
MD
LG