Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:21

E.Məmmədyarov: "Avrasiya Birliyinə qoşulmağımız istisna deyil"


►“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmağı istisna edilmir.”

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının sessiyasında iştirak etdiyi günlərdə “sputniknews.com”a müsahibəsində deyib.

Amma nazir üzvlüklə bağlı problemlər olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Avrasiya iqtisadi birliyi çərçivəsində ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir.

Amma Məmmədyarov qeyd edib ki, Ermənistanın bu quruma daxil olması Azərbaycanın üzvlüyü üçün ciddi əngəl törədir və üzvlüklə bağlı nəsə demək elə də asan deyil.

Qeyd edək ki, Avrasiya iqtisadi birliyinə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG