Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:23

Ermənistan MDB-dən Azərbaycana qarşı hərəkət istəyir


Müdafiə naziri Seyran Ohanyan və general Xaçaturov
Müdafiə naziri Seyran Ohanyan və general Xaçaturov

General-polkovnik Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını “Azərbaycanın hərəkətlərinə” biganəlikdə ittiham edib.

►Yerevan narazıdır ki, KTMT “Azərbaycanın təcavüzünü pisləyən heç bir bəyanat verməyib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) “Azərbaycanın hərəkətlərinə” biganəlikdə ittiham edib.

General-polkovnik Yuri Xaçaturov bildirib ki, Ermənistan üzvü olduğu bu təşkilat üzrə müttəfiqlərindən heç “mənəvi dəstək” də almır.

Hələ ki, kömək istəmirik, amma dəstək, adi insanı dəstək istəyirik

“Çox istərdik ki, KTMT üzvləri bu məsələdə daha fəal olsunlar, lakin təəssüf ki, hələlik ciddi reaksiya yoxdur. Bunu eşitmək istərdik. Hər halda biz eyni orqanizmdə, eyni təhlükəsizlik sistemindəyik. Heç olmasa bunu dilə gətirəydilər. Hələ ki, kömək istəmirik, amma dəstək, adi insanı dəstək istəyirik”

AzadlıqRadiosu yazır ki, general Xaçaturov bu sözləri Müdafiə Nazirliyinin “Baqramyan” poliqonunda, KTMT sülhyaradıcı qüvvələrinin “Yenilməz qardaşlıq – 2015” hərbi təlimlərinin açılışında deyib.

KTMT susur

O bildirib ki, erməni tərəfi erməni-Azərbaycan təmas xətti boyunca sülhyaradıcı qüvvələrin yerləşdirilməsinə ehriyac görmür: “Biz Azərbaycan Respublikasının hər gün yaratdığı problemlərin öhdəsindən gələ bilirik. Məlumatınız üçün deyim ki, onlar son 15 gün ərzində bir neçə min mina və mərmi atıblar. Bu mərmilər bizim kəndlərimizdə, 10 kilometr dərinlikdə olan mövqelərimizdə partlayır. Biz adekvat cavab vermişik. İndi söz onlarındır. Onlar ciddi tələfat veriblər”.

Yuri Xaçaturov və KTMT baş katibinin müavini Valeri Semerikov
Yuri Xaçaturov və KTMT baş katibinin müavini Valeri Semerikov

General deyib ki, Ermənistan KTMT-nin təsisçi üzvüdür, lakin təşkilat hələlik “Azərbaycan təhlükəsinin neytrallaşdırılması” istiqəmətində heç bir addım atmayıb. Yerevan bildirir ki, KTMT həmçinin “Azərbaycanın təcavüzünü pisləyən heç bir bəyanat verməyib”.

Ermənistan mediası yazır ki, KTMT-nin son sammitində prezident Serj Sarkisyan Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumat verib, lakin üzvlərdən heç bir reaksiya olmayıb və hətta sammitin yekun bəyannaməsində münaqişənin adı belə çəkilməyib.

“Naxçıvanda özlərini yaxşı aparırlar...”

KTMT baş katibinin müavini Valeri Semerikov da bu vəziyyətdən xəbərdar olduğunu bildirib və təsdiq edib ki, konkret heç bir qərar qəbul olunmayıb.

Ermənistan ordusunun qərargah rəisi Yuri Xaçaturov deyib ki, təlimlərin başlandığı gün nisbi sakitlik olub, amma Azərbaycan tərəfi hər halda “Dağlıq Qarabağ Respublikasının ərazisinə” yüzədək mərmi atıb.

General deyib ki, Naxçıvan istiqəmətində sakitlikdir:

“Orda nisbi sakitlikdir, vəziyyət etibarlıdır. Bilmirəm, onlar niyə orda özlərini yaxşı aparırlar, amma Qarabağda və şimal-şərq istiqamətində narahatlıqdır”.

XS
SM
MD
LG