Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 11:00

Seymur Həzi həbsdə qaldı


Seymur Həzi

Sumqayıt Apellyasiya Məhkəməsi sentyabrın 29-da jurnalist Seymur Həzi barəsində hökmü qüvvədə saxlayıb.

Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

Abşeron rayon məhkəməsi yanvarın 29-da “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzini xuliqanlıqda təqsirli bilərək 5 il azadlıqdan məhrum edib.

O 2014-cü il avqustun 29-da saxlanıb.

Məhərrəm Həsənov adlı şəxslə dalaşmaqda, xüliqanlıqda ittiham olunur.

Hadisənin digər iştirakçısı Məhərrəm Həsənov isə 6 ay həbs cəzası alıb və artıq cəzasını çəkib.

Seymur Həzi ittihamı rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Multimedia

XS
SM
MD
LG