Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:44

Metro yalnız «Bakıkart»la işləyəcək


«Bakıkart»
«Bakıkart»

-

Oktyabrın 1-dən «Bakı Metropoliteni»ndə gediş haqqının ödənişi yalnız «Bakıkart»lardan istifadə etməklə mümkün olacaq.

Bunu APA-ya «Bakı Metropoliteni»nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq, «Bakı Metropoliteni»nin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq.

«Bakıkart»ların satışı və gediş haqqının yüklənməsi «Bakı Metropoliteni»nin bütün stansiyalarında, «Baku Bus» MMC-nin dayanacaqlarında, həmçinin mətbuat yayımı köşklərində quraşdırılan terminallar vasitəsilə həyata keçirilir.

«Hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq sizdən xahiş olunur ki, metropolitendən istifadə edərkən özünüzlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürəsiniz», - deyə qurumun mətbuat xidmətinin rəhbəri bildirib.

«Bakıkart»la yaranmış hər hansı problemlə bağlı «20 Yanvar», «Cəfər Cabbarlı», «Nəriman Nərimanov» və «Neftçilər» stansiyalarında fəaliyyətdə olan «Kart analizi» mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya bakikart.az veb səhifəsinə müraciət etmək mümkündür.

XS
SM
MD
LG