Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Özümüzdən sonra ətrafda bakteriya izi qoyuruq


Bakteriya.
Bakteriya.

-

Hər bir insanı bir neçə min bakteriya növündən ibarət «bulud» əhatə edir və hətta adam olduğu yeri tərk edərsə də, həmin bulud o yerdə 4 saat ərzində havadan «asılı» qalır.

İnsan bədəninin üzərində, o cümlədən daxilində 100 trilyon mikroorqanizm məskunlaşıb. Bu mikroorqanizmlər müxtəlif tapşırıqları yerinə yetirir: immun və həzm sisteminin funksiyalarını təmin edir, həzm prosesini gücləndirir, orqanizmin ətraf mühitdəki xoşagəlməz təsirlərə dayanıqlığına yardım edir.

2007-ci ildə ABŞ-da aparılmış «İnsanın mikrobiologiyası» adlı tədqiqatda 200 sağlam qadın və kişinin bədənində, müxtəlif daxili orqanlarındakı mikroorqanizmlər öyrənilib. Aydın olub ki, insan bədənində 10 mindən çox bakteriya növü var, onların əksəriyyəti faydalı, ya da sadəcə, zərərsizdir. Ancaq xəstəlik törədən mikroblar da var. Məsələn, burunda eksperiment zamanı öyrənilən mikroorqanizmlərin 30 faizi qızılı stafilokokdur, onlar orqanizmin müqavimətini qırmaq və onu ikitərəfli pnevmoniyaya məruz qoymağa qabildir.

BAKTERİYA XƏRİTƏSİ: ONLAR ƏN ÇOX HARDADIR?

2009-cu ildə tədqiqat müxtəlif bakteriyaların bədəndəki «xəritə»sini tərtib etməyə nail oldu: ən zəngin fauna saçları, burun və qulaq dəlikləri, nazik bağırsaq, ovuc, pəncə, ağız kənarlarını əhatə edir.

2012-2013-cü illərdə qısa fasiləylə üst-üstə 360 dəqiqə bir məkanda qalan 11 adam üzərində - hər kəs üçün ayrıca olmaqla - eksperiment aparıldı. Onlar məkanı tərk edəndən sonra steril geyimli tədqiqatçılar içəri girib havadan və mebellərin üzərindəki tozdan nümunələr götürüblər.

Tədqiqatçılar götürülən 312 nümunədə bakteriyanın bir neçə min növünü və 14 milyondan çox müxtəlif kombinasiyasını müəyyənləşdiriblər.

Təcrübənin məqsədi bu olub ki, insan öz arxasında «mikrob izi» buraxırmı və buraxırsa, bu iz nə qədər vaxtadək o məkanda qalır?

Havadan və tozdan götürülən nümunələr göstərib ki, hər birimizin özünə məxsus «mikrob buludu» var və biz olduğumuz yeri tərk edəndən təxminən 4 saat bu iz orda qalır.

«MİKROB BULUDU»NUN QADINA, YA KİŞİYƏ MƏXSUS OLMASINI MÜƏYYƏNLƏŞDİRMƏK MÜMKÜNDÜR

«Bulud»u təşkil edən əsas bakteriyalar isə stafilokok, streptokok, peptostreptokok, bifidobakteriya və başqalarıdır. Hətta izdən «mikrob buludu»nun məxsus olduğu adamın cinsini də müəyyənləşdirmək olub. Yalnız qadınların arxasınca qalan mikrob izində yüksək səviyyədə laktobakteriya aşkar edilib.

Bundan sonra keçirilən ikinci tədqiqat isə öyrənməyə çalışıb ki, hər bir «mikrob buludu» fərdidirmi? Məlum olub ki, hər kəsin özünə məxsus bakteriya «buludu» var. Tədqiqatçıları də ən çox elə bu təəccübləndirib ki, hər bir «mikrob buludu» onun məxsus olduğu adamın şəxsiyyətini müəyyən etməyə imkan verir.

Mütəxəssislər inanır ki, tədqiqatın nəticələri təkcə həkimlərin yox, kriminalistlərin də işinə yarıyacaq. Hərçənd tədqiqatçılar əmin deyillər ki, konkret bir adamı başqaları da əhatə edirsə, onun «mikrob buludu»nu müəyyən etmək olar, ya yox.

Bunun üçün daha bir eksperimentə ehtiyac var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG