Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:43

Kataloniyada separatçılar qalib gəldilər


İlkin məlumatlara görə Junts per Si (Birlikdə “Hə”) koalisiyası parlamentdəki 135 mandatdan 70-ni qazana bilər

Kataloniyada keçirilən regional parlament seçkisində əyalətin İspaniyadan mütəqilliyini istəyən partiyaların nümayəndələri qalib gəliblər.

İlkin məlumatlara görə Junts per Si (Birlikdə “Hə”) koalisiyası parlamentdəki 135 mandatdan 70-ni qazana bilər.

Kataloniya rəhbəri Artur Mas inandığını bildirib ki, əyalətin əhalisi birmənalı qaydada İspaniyadan ayrılmağa qərar verib.

Separatçı partiyalar seçki ərəfəsində elan etmişdilər ki, qələbə onlara yarım ildən sonra müstəqillyin elan edilməsinə imkan verəcək.

İspaniya hökuməti bildirib kİ, belə cəhdlərə qarşı məhkəmə qaydasında çıxış edəcək.

Rəy sorğuları göstərir ki, kataloniyalıların əksəriyyəti müstəqillik referendumunun keçirilməsinə tərəfdardır, lakin İspaniyadan ayrılmaq məsələsində rəylər tən yarı bölünüb.

Hakim partiya Kataloniyanın ayrılması barədə məsələnin ümumispaniya referendumunda həll edilməsinə tərəfdardır.

XS
SM
MD
LG