Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:31

Moskva və müsəlmanlar


Moskvadakı Mərkəzi Məscid
Moskvadakı Mərkəzi Məscid

-


Sentyabrın 23-də Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışı oldu. Açılışda müsəlman ölkələrindən liderlər və siyasətçilər də iştirak etdilər. Onların sırasında Türkiyə prezidenti Receb Tayyib Erdogan, Fələstin lideri Mahmud Abbas, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adlarını çəkmək olar.

Bu olayı tarixi hadisə adlandıran Kreml Mərkəzi Məscidin Avropada ən böyük məscid olduğunu önə çəkir və bildirir ki, bu tikili dinlərarası dirçəlişin simvolu olacaq.
Bu Məscid ilə Rusiya hər şeydən öncə Qərbə bir mesaj verir ki, hökumətin razılığı ilə müxtəlif dindən olanlar bir ölkədə birlikdə yaşayırlar və həmçinin Moskva “müsəlman dünyası” ilə çox yaxşı münasibət qura bilib.
Bəs həqiqətən də “müsəlman dünyası” deyə vahid bir anlayış varmı və dildə deyil, gerçəklikdə İslam dinindən olanların Rusiya Federasiyasında güzəranı necədir?

“MÜSƏLMAN DÜNYASI” DEYƏNDƏ...

Moskvada Karneqi mərkəzindən olan ekspert Aleksey Malashenko deyir ki, “müsəlman dünyası” deyə bir anlayış yoxdur. Azadlıqradiosunun rus xidmətinə verdiyi müsahibədə ekspert vurğulayır ki, “müsəlman dünyası” deyəndə, əslində “biz Qərb deyilik” nəzərdə tutulur.

“Biz bilmirik, müsəlman dünyası nədir. Amma bununla yanaşı Rusiya və müsəlman dünyası və ya ABŞ-la müsəlman dünyası arasındakı münasibətlərdən danışırıq. Münasibət tərəflər arasında qurulur, məsələn, Rusiya ilə İran, Rusiya ilə Misir, Rusiya ilə Azərbaycan və s. buna baxmayaraq “müsəlman dünyası” deyə bir anlayış var ki, çoxları onu anlamağa, izah etməyə çalışır. Mənə görə, “müsəlman dünyası” ilə Rusiya arasında münasibətlər deyəndə, bunun altında “biz Qərb deyilik” müddəası dayanır.
2000-ci illərin əvvəllərində Rusiya da İslam Əməkdaşlıq Təşkilatının üzvü oldu, amma bu heç nəyə gətirib çıxarmadı. Əlbəttə bu çox gözəl addım idi, hamı bu barədə danışdı, yazdı. Bəs nəsə dəyişdimi? Əlbəttə ki, yox. Hələ üstəlik Rusiyanın müxtəlif müsəlman ölkələri ilə münasibətlərinə baxsaq, gah İranla, gah Səudiyyə Ərəbistanla əlaqədədir və nəzərə alsaq ki bu ölkələrin bir-biri ilə münasibətləri gərgindir, onda tamamilə qarışıq durum alınır. Eyni durum ABŞ və müsəlman dünyasına da xasdir. Yəni bu cür paradoksal bir dünyamız var. Və bu cür paradoksal dünyada hər oyunçu öz maraqlarını güdür”.

Russia -- New Cathedral mosque of Moscow
Russia -- New Cathedral mosque of Moscow

“MÜSƏLMANLARA QARŞI KSENOFOBİYA VAR”

Beynəlxalq və Rusiyadan olan hüquq müdafiəçilərinin məlumatına görə, ölkədə etnik və dini zəmində zorakılıq, dözümsüzlük ötən illərlə müqayisədə heç də azalmayıb. Belə olan halda müasir Rusiyada müsəlman və digərlərinin mehribanlıq şəraitində yaşamasından danışmaq olarmı? Bu sualı “Bayquş” hüquq müdafiə mərkəzinin eksperti Olqa Sibireva cavablandırır:

“Mehribanlıq var, amma heç də həmişə yox. Rusiya cəmiyyətində müsəlmanlara qarşı ksenofobiya var və bu özünü müxtəlif formalarda göstərir. Birinci növbədə bu, birbaşa zorakılıqdır. Müsəlmanlar hələ də ksenofob zorakılığın qurbanları olaraq qalırlar, amma bu zaman söhbət dini yox, etnik nifrətdən gedir. Onlar çox vaxt müsəlmanlar kimi yox, etnik yabançılar kimi döyülür və bəzən öldürülür.
Ruslar üçün fərqi yoxdur ki, bu müsəlman onun şəhərində 10 ildir ki, yaşayır, ya da ümumiyyətlə burada doğulub və ya elə indicə gəlib. Onların düşüncə tərzinə görə, məscid də onlara yad bir yerdir və əmindirlər ki, orada “təhlükəli yad adamlar” toplaşırlar”.

Ekspert Olqa Sibireva çox vaxt “miqrant axtarışı”na çıxan polislərin də məhz məscidlərə üz tutduğunu və bu zaman yenə də daha çox müsəlmanların zərər çəkdiyini vurğulayır.

Russia -- New Cathedral mosque of Moscow
Russia -- New Cathedral mosque of Moscow

Sözügedən durumun mətbuatda işıqlandırılması məsələsinə də toxunan ekspert deyir ki, yerli KİV-də daha çox diqqəti etnik fərqə yönəldir, xüsusən də, söhbət cinayətdən gedirsə. Məsələn, media üçün “Tacik moskvalını öldürdü” kimi başlıqlar ənənəvidir:

“Bu arada antimüsəlman yazılar da yerli mətbuat yox səviyyəsində deyil. Düzdür, müşahidələrimizə görə, son vaxtlar bu tipli materiallar daha azlıq təşkil edir. Bu cür yazıların əsas möhürü islam və ekstremizmlə bağlıdır. Əgər mətbuat hansısa müsəlmandan danışırsa, o ya potensial, ya da real ekstremistdir və bizim dövlət üçün təhlükədir” – deyə Olqa Sibireva qeyd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG