Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 23:38

Ağdamda qəlpə yarasından ölən var


Arxiv fotosu

-

Qoşunların Ağdam istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində mülki şəxs həlak olub.

Məlumatı APA yayıb. Bildirilir ki, işğal altındakı Muğanlı kəndindən olan və Baharlı qəsəbəsində məskunlaşmış 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində ağır qəlpə yarası alıb.

Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib.

Mərhum iki övlad atası olub.

XS
SM
MD
LG