Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 16:49

BMT İlham Əliyevi mükafatlandırdı


İlham Əliyev vətəndaşlarla görüş zamanı

-

BMT Azərbaycan prezidenti İlham Əliyevi Cənub-Cənub mükafatı ilə təltif edib.

Mükafatın 2015-ci il üzrə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə verildiyi bildirilir.

Mükafatı prezidentin adından nazir Elmar Məmmədyarov qəbul edib.

Cənub-Cənub mükafatı BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Bu mükafatı BMT-nin Ərzaq və Kənd Təşərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telelkommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar təsis edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG