Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

Putin və Obama-nın dəvətnamə davası


Barack Obama və Vladimir Putin - 2013.
Barack Obama və Vladimir Putin - 2013.

-

Müşahidəçilərin əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Barack Obama və Rusiya prezidenti Vladimir Putin arasında Nyu-Yorkda keçiriləcək görüş böyük ehtimalla daha çox Suriya və Ukrayna məsələlərinə həsr olunacaq.

İki lider arasındakı sözügedən mövzularla bağlı fikir ayrılıqlarını nəzərə alanda görüşün xoşagəlməz olacağını düşünənlər də var.

Bu, Rusiyanın Krımı ilhaqının ardından ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra iki liderin ilk rəsmi görüşü olacaq. Görüş sentyabrın 28-də BMT Baş Assambleyasının toplantısı çərçivəsində baş tutacaq.

Ağ ev sentyabrın 24-də bəyan edib ki, görüş Putin-in müraciəti əsasında keçiriləcək.

Ağ evin sözçüsü Josh Earnest jurnalistlərə deyib: «Rusların davamlı müraciətləri deməyə əsas verir ki, onlar prezident Obama ilə söhbət etməyə maraqlıdırlar».

RUSLARIN GÖRÜŞ ÜÇÜN «ÜRƏYİ GEDİR»

Daha sonra sözçü hətta zarafat da edib ki, deyəsən, rusların bu görüş üçün «ürəyi gedir».

Ağ evin milli təhlükəsizlik üzrə məsləhətçisi Ben Rhodes deyib ki, avropalı müttəfiqləri Obama-dan xahiş ediblər ki, Putin-lə görüşsün və aydınlaşdırsın ki, Ukrayna münaqişəsinin başa çatmasını nəzərdə tutan Minsk razılaşması necə həyata keçirilir:

«Üzbəüz görüşməmək və prezident Putin-ə bizim Ukrayna və Suriya ilə bağlı mövqeyimizi və narahatlığımızı çatdırmamaq məsuliyyətsizlik olardı».

RUSLAR DEYİR Kİ, BİZİ AMERİKA DƏVƏT EDİB

Kremlin məsləhətçisi Yuri Ushakov isə iddia edir ki, əslində görüşün baş tutması üçün Ağ ev onlara müraciət edib.

«Biz dəvətlərdən imtina etmirik», - deyə Ushakov bildirib.

GÖRÜŞDƏN ƏVVƏL DAHA BİR FİKİR AYRILIĞI

Görüşün üzərinə indidən kölgə salan məqamlardan biri də Rusiyanın Suriya ilə bağlı mövqeyini möhkəmləndirə biləcək və BMT Təhlükəsizlik Şurasının təsdiqləyəcəyi gözlənilən bəyanat layihəsinə ABŞ-ın razılıq verməməsi barədə xəbərlərdir.

«Associated Press» agentliyi xəbər verir ki, Rusiyanın hazırladığı bu layihədə deyilir ki, ölkələr ekstremist qruplarla döyüş qərarlarını münaqişədən zərər çəkən ölkələrlə koordinasiya etsinlər. Burdan belə bir nəticə çıxır ki, Rusiya döyüşlərin Suriya hökuməti ilə koordinasiya olunmasını istəyir- Qərb və ABŞ isə indiki Suriya hökumətinin getməsini tələb edir.

ABŞ –ın beynəlxalq təşkilatlarla iş üzrə katibinin yardımçısı Sheba Crocker bildirib ki, Rusiyanın bu istəyi «İslam Dövləti» yaraqlılarına qarşı, Suriyanın qonşuları da daxil olmaqla, 60 ölkənin koalisiya yaratma cəhdləri ilə ziddiyyət təşkil edir.

Rusiya son həftələrdə Suriya ərazisinə böyük həcmdə hərbi sursat, o cümlədən son model döyüş təyyarəsi, raket əleyhinə qurğular və hərbi heyət göndərib. Bu, Rusiyanın keçmiş Sovet İttifaqı ərazisindən kənarda ən irihəcmli hərbi səfərbərliyidir və ABŞ-ın diqqətindən yayınmayıb. Birləşmiş Ştatlar hesab edir ki, Rusiya qüvvələri yalnız «İslam Dövləti» yaraqlıları ilə döyüşmək üçün göndərilməyib, məqsəd həm də Suriya prezidenti Bashar al-Assad-in qüvvələrini möhkəmləndirməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG