Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 16:19

Rusiya,Suriya və İran birgə mərkəz yaradıblar


Bashar al-Assad

Rusiya, Suriya və İran hərbçiləri Bağdadda koordinasiya mərkəzi yaradıblar.

Məqsəd İslam Dövləti qrupuna qarşı mübarizə aparan İranın dəstəklədiyi şiə yaraqlılarına kömək eləməkdir.

Bu barədə ABŞ-ın Fox News televiziyası məlumat yayıb.

Qərb kəşfiyyatının məlumatına görə, mərkəzə Rsiyanın yüksək rütbəli generalları da daxildir.

Amma ABŞ rəsmiləri İraq hökumətinin burda iştirakının hələ ki, bəlli olmadığını deyirlər.

Rusiya son vaxtlar Suriyada hərbi iştirakını genişləndirir.

Sentyabrın 28-də ABŞ və Rusiya prezidentlərinin Nyu-York görüşündə bu məsələdə müzakirə olunmalıdır.

Görüş BMT Baş Assambleyasının toplantısı çərçivəsində keçiriləcək.

ABŞ hesab edir ki, Rusiyanın Suriyada hərbi iştirakı vəziyyəti daha da pisləşdirə bilər.

XS
SM
MD
LG