Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 18:09

Ukrayna prezidenti Petro Poroshenko ötən ay Rusiyada həbsə məhkum edilmiş ukraynalı rejissor Oleh Sentsov və Oleksandr Kolchenkonu medalla təltif edib.
Sentyabrın 25-də Poroshenkonun ofisindən verilən məlumata görə, onlar 1-ci dərəcəli igidlik ordeninə layiq görülüblər.

Rusiya məhkəməsi avqustun 25-də Sentsovu 20, Kolchenkonu isə 10 il azadlıqdan məhrum edib.

Rusiya onları Krımda terror aktları törətməyə hazırlaşmaqda ittiham edir.

Əslən Krımdan olan Sentsov 2014-cü ildə yarımadanın Rusiya tərəfindən ilhaq edilməsinə qarşıdır.

O ötən ilin mayında Krımda saxlanılıb.

Sentsov və Kolchenko ittihamı rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG