Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 11:03

Obama Putinlə sentyabrın 28-də görüşəcək


Vladimir Putin və Barack Obama

Sentyabrın 28-də Nyu-Yorkda ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.

Görüş BMT Baş Assambleyasının sesiyası çərçivəsində baş tutacaq.

Bu barədə sentyabrın 24-də Kremlin sözçüsü Dimitry Peksov məlumat verib.

ABŞ rəsmiləri də prezidentlərin görüşünü təsdiqləyib.

Onların sözlərinə görə görüş Putinin xahişi ilə keçiriləcək və təklifi qəbul etməmək məsuliyyətsizlik olardı.

Görüşdə əsasən Ukrayna münaqişəsinin müzakirə olunacağı gözlənilir.

XS
SM
MD
LG