Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 12:51

Xorvatiya-Serbiya sərhədi tam bağlandı


Foto arxiv

Xorvatiya da Serbiyadan gələn maşınlar və serblərin ölkəyə girişini bağlayıb.

Qeyd edək ki, Serbiya bundan bir gün əvvəl Xorvatiyadan gələn yük maşınlarının ölkəyə girişini bağlayıb.

Xorvatiya bir həftə bundan əvvəl Serbiya ilə sərhədi bağladı. Serbiya isə buna cavab olaraq 1 məntəqəni çıxmaq şərti ilə bütün məntəqələrini bağladı.

Xorvatiya bəyan edib ki, bu ölkəyə yığışan miqrantların geri, Macarıstana dönməsinə başlanmayınca , Serbiya ilə sərhədi açmayacaq.

Macarıstan 8 gün bundan əvvəl Serbiya ilə sərhədi bağladıqdan sonra Xorvatiyaya 30 mindən çox qaçqın keçib.

Amma Macarıstan Serbiya ilə sərhədi açmaq fikrində deyil və hazırda Xorvatiya ilə də sərhədi bağlamağa hazırlaşır.

Ümumilikdə təkcə bu il Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyinə 500 mindən çox qaçqın keçib.

Onların əksəriyyəti SuriyaŞ İraq və Əfqanıstandandır.Onlar əsasən Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

XS
SM
MD
LG