-
Qarabağ əlilləri oktyabrın 8-də ümumrespublika mitinqi keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Aksiyanın şüarı «Əlillər barədə ayrı-seçkiliyə son!», «Əlil intiharlarına son!», «Əlillər də insandır, seçki hüquqları tanınsın» şüarları olacaq.
«Azadlıq» qəzeti yazır ki, bununla bağlı müraciət sentyabrın 21-də BŞIH-ə təqdim edilib.
Onlar aksiya üçün «Azadlıq» meydanını, Yasamaldakı «Məhsul» stadionunu və «Nərimanov» metrostansiyasının çıxışını təklif ediblər.