Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:25

Əfqanıstanda 10 əsgər öldürülüb


Foto arxiv

Əfqanıstan rəsmiləri ölkənin şimalında törədilən hücum nəticəsində azı 10 əsgərin öldüyünü deyirlər.

Jawzjan əyalətinin rəsmisi hücumun sentyabrın 22-i səhər saatlarında törədildiyini bildirir.

Yaraqlılar nəzarət-buraxılış məntəqəsinə soxulub və atışma baş verib.

Həmçinin atışmada bir neçə yaraqlının öldürüldüyü xəbər verilir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bu əyalət Türkmənistanla sərhəddə yerləşir və digər bölgələrlə müqaisədə sakit ərazi sayılır.

Amma son vaxtlar əyalətin bəzi rayonlarında talibançıların artdığı müşahidə olunur.

XS
SM
MD
LG