Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 18:50

Netanyahu Moskvaya gedir


Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahunun Rusiyaya səfəri gözlənilir.

O prezident Vladimir Putinlə Rusiyanın Suriyada hərbi iştirakını və İsrailin bundan narahatlığını müzakirə eləmək fikrindədir.

“Jerusalem Post” un məlumatına görə Netanyahunu baş qərargah rəisi Gadi Eisenkot və hərbi kəşfiyyatın rəhbəri Herzl Halevi müşaiyət edir.

Qəzet yazır ki, Netanyahu xarici ölkələrə hərbçilərlə nadir hallarda səfər edir.

İsrail Suriyanın cənubunda islamçı yaraqlılara qarşı reydlər keçirir və şiə qrupu olan Hizbullahın silahlanmasından qorxur.

Netanyahunun adının çəkilməsini istəməyən keçmiş müşaviri bildirib ki, İsrail lideri təsadüfi insidentlərdən qaçmaq üçün əsas qaydalarla bağlı forma hazırlanmasını istəyir.

ABŞ-da son günlər Rusiyay ilə bir neçə dəfə Suriya məsələsi, Moskvanın bu ölkədə hərbi iştirakının genişlənməsini müzakirə edib.

XS
SM
MD
LG