Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Baninin son fotoqrafı onu belə xatırlayır


Banin
Banin

- Mühacir Azərbaycan yazıçısı Baninin 1992-ci ildə çəkilmiş son portret fotosu olan bu fotonun müəllifi foto sənətkarı Elisabeth Novick'dir.

"Vogue" dərgisi üçün fotonu çəkdiyi vaxtlarda olduğu kimi, bu gün də o, Parisdə yaşayır.

Bəs Elisabeth Novick bu fotonun hekayətini necə xatırlayır? Bu sualla ona müraciət etdik.

Elisabeth Nowick'in cavabı belə oldu:

"Mən o fotonu uzun zaman bundan əvvəl Parisdə çəkmişəm və indi yadımda yalnız o qalıb ki, o, Parisdə kiçik bir mənzildə yaşayırdı.

Biz onunla görüşdən çox böyük zövq almışdıq və onun çox əla bir həyat yaşadığını anlamışdıq.

O, çox zəngin gənc qadın olmuş, sonra həyat onun üçün dəyişmişdi. Yadımda yalnız bu qalıb..."

XS
SM
MD
LG