Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Yenidən başlaya bilsəydim yaşamağa


Jorge Luis Borges
Jorge Luis Borges

- Bu şeirin müəllifi uzun müddət yanlış olaraq, Argentina yazıçısı Jorge Luis Borges hesab olunub.

Xarici jurnallarda şeir bu imzayla çıxırdı. Hətta "Alatoran" jurnalının 15-ci sayında da (Qan Turalın tərcüməsində).

Amma mütəxəssislərin fikrincə, bu şeirin ilk versiyasının müəllifi amerikalı yumorist və karikaturaçı Don Herold olub, şeir 1935-ci ildən əvvəl College Humor satirik qəzetində çıxıb.

Şeirin adı ”Daha çox çobanyastığı dərərdim” idi. Heroldun şeiri nəsrlə yazılmışdı, mənsur şeir idi, melanxolik deyildi.

Sonra Herold bu şeirin yeni versiyasını 1953-cü ilin oktyabrında Reader's Digest də çap edir.

Şeirin səhvən Borges-ə aid edilməsi isə araşdırmalar göstərib ki, Meksika ədəbiyyat jurnallarının işi olub. Söhbət bu şeirdən gedir:

Anlar

Əgər yenidən başlaya bilsəydim yaşamağa

İkincisində daha çox səhv edərdim

Yaxşı adam olmağa çalışmaz,

kürəyi üstə yatardım

şən olardım, əvvəl olmadığım qədər

çox az şeyi ciddi görərdim

Təmizliyi vecimə almazdım

Daha çox riskə gedər

Daha çox səyahət edərdim

Daha çox seyr edərdim üfüqü

Daha çox dağa dırmaşar, daha çox çayda üzərdim

Görmədiyim çoxlu yerə gedərdim

Doyunca dondurma yeyərdim daha az da lobya

Həqiqi problemlərim olardı, saxta problemlərin yerinə

Həyatın hər anını xoşbəxt yaşayardım

Yenidən başlaya bilsəydim

Yalnız xoşbəxt anlarım olardı

Fərqindəmisiniz, bilmirəm, həyat budur zatən

Anlar, sadəcə anlar. Siz də bu anı yaşayın.

Heç bir yerə su, çətir və paraşüt götürmədən

Getməyən insanlardanam mən

Yenidən başlaya bilsəydim

Heç bir şeyi götürməzdim üstümdə

Yenidən başlaya bilsəydim...

Baharda ayaqqabımı tolazlardım

Və payız bitənə qədər gəzərdim çılpaq ayaqlarla

Bilinməyən yollar kəşf edər

Günəşin dadına varar

Uşaqlarla oynardım

şansım olsaydı əyər

Amma 85 yaşındayam və bilirəm...

XS
SM
MD
LG