Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:32

Vergilər Nazirliyi vergilərin ödənilməməsinin sürətləndirilməsi və onların istənilən yolla yığılması ilə bağlı dəyişikliklər barədə məlumat yayıb.

Belə ki, vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi Borclarının Məcburi Alınması İdarəsi yaradılıb.

İdarəyə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə daxildir.

Həmçinin, yerli sahibkarlarının digər ölkələrlə biznes əlaqələri, habelə xarici dövlətlərdəki biznes fəaliyyətləri araşdırılacaq və vergidən yayınma hallarının qarşısını almaq üçün digər dövlətlərin vergi və maliyyə orqanları ilə qarşılıqlı əməkdaşlıq ediləcək.

Bu barədə Nazirliyin rəsmi saytı məlumat yayıb.

XS
SM
MD
LG